Şəmkirdə həmkəndlisini bıçaqlayan şəxs saxlanılıb - YENİLƏNİB

17.11.2025 16:53 7 baxış sayı 2 dəq. oxuma APA
Şəmkirdə həmkəndlisini bıçaqlayan şəxs saxlanılıb - YENİLƏNİB

Şəmkirdə baş verən bıçaqlanma hadisəsi ilə bağlı axtarılan şübhəli şəxs tutulub. Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşları operativ tədbirlər həyata keçiriblər. Nəticədə hadisəni törətməkdə şübhəli bilinən Əlövsət Həsənov saxlanılaraq istintaqa təhvil verilib.


İnsident Şəmkir rayonunun Təzəkənd kəndində qeydə alınıb. Kənd sakini, 56 yaşlı Əbülfəz Həsənov bıçaq xəsarəti ilə xəstəxanaya çatdırılıb. Məlumata görə, yaralı dərhal əməliyyat edilib, hazırda vəziyyətinin orta ağır olduğu bildirilir. İlkin məlumatlara görə, Əbülfəz Həsənov 51 yaşlı həmkəndlisi Əlövsət Həsənov tərəfindən aralarında yaranan mübahisə zamanı bıçaqlanıb. Polis, bıçaqlanan 56 yaşlı Əbülfəz Həsənov və onu yaralamaqda şübhəli bilinən Əlövsət Həsənovun əmoğlu olduqlarını təsdiqləyib.


Hadisə yerinə polis əməkdaşları cəlb olunmuşdu. Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən zəruri araşdırmalar davam etdirilir.


A
İnvestigativ jurnalist

Korrupsiyaya qarşı mübarizə və şəffaflıq mövzularında yazıram. İnvestigativ jurnalistika mənim əsas maraq sahəmdir.

Bütün məqalələrə baxın
Paylaş: