
Türkmənistanda 8 Noyabr - Zəfər Günü qeyd edilib (FOTO)

Azərbaycanın Türkmənistandakı Səfirliyində 8 Noyabr - Zəfər Günü, həmçinin Dövlət Bayrağı Günü münasibətilə təntənəli qəbul keçirilib. Tədbirdə çıxış edən Səfir Qismət Gözəlov əvvəlcə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban verən şəhidlərin xatirəsini ehtiramla yad etdi. Səfir qeyd etdi ki, ölkəmiz Müzəffər Ali Baş Komandan, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində tarixi Qələbə qazanıb. Bu Zəfər Azərbaycan xalqının iradəsinin, birliyinin və ədalətin təntənəsidir.
Vətən Müharibəsi nəticəsində işğal altında qalan ərazilərimiz azad olundu, ölkənin ərazi bütövlüyü bərpa edildi və BMT qətnamələrinin tələbləri yerinə yetirildi. Azərbaycanın bütün suveren ərazilərində dalğalanan bayraq xalqın müstəqilliyinin və Vətən müharibəsində əldə edilmiş Zəfərin əbədi rəmzi kimi yüksəkdir. Səfir həmçinin Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsindən sonra işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa və yenidənqurma işlərindən bəhs etdi. O, Cənubi Qafqazda sabitlik və əməkdaşlıq mühitinin yaradılması istiqamətində atılan addımları vurğuladı, eyni zamanda davam edən mina təhlükəsinə toxundu. "Böyük Qayıdış” Proqramı çərçivəsində artıq 50 mindən çox vətəndaşımız azad edilmiş ərazilərimizdə yaşayır, işləyir və təhsil alır. Azərbaycan dini-tarixi abidələri və məscidləri bərpa edərək onları yenidən həyat məkanına çevirir. Qardaş Türkmənistanın dəstəyi ilə Füzuli şəhərində məscidin inşası bu mənəvi bərpa prosesinin parlaq nümunəsidir və Qarabağın dirçəlişinə verilən töhfə kimi yüksək qiymətləndirilir. Səfir Ermənistanla sülh sazişi layihəsi üzrə aparılan ikitərəfli danışıqlarda mühüm irəliləyişlərin əldə edildiyini bildirdi. O, 8 avqust 2025-ci ildə Vaşinqtonda imzalanmış Birgə Bəyannamənin regionda sülh prosesinin irəlilədilməsində əhəmiyyətli bir mərhələ olduğunu qeyd etdi.
Səfir Azərbaycan-Türkmənistan ikitərəfli münasibətlərinə xüsusi yer ayırdı. İki ölkə arasında tarixi, mədəni və dini ortaq dəyərlər strateji tərəfdaşlığın əsasını təşkil edir. Azərbaycan və Türkmənistan arasındakı qardaşlıq və strateji tərəfdaşlıq münasibətləri son dövrdə inkişaf yolu keçərək daha da möhkəmlənib. 2025-ci ildə keçirilən ali və yüksək səviyyəli qarşılıqlı səfərlər və görüşlərlə yeni bir mərhələyə qədəm qoyulub. Bu tədbirlər həm ikitərəfli, həm də regional əməkdaşlığın dərinləşməsinə mühüm töhfələr verir. İki ölkənin birgə səyləri regionda sabitlik, təhlükəsizlik və davamlı inkişafın təmin olunmasında mühüm rol oynayır. 2025-ci ilin Azərbaycanda “Konstitusiya və Suverenlik İli”, Türkmənistanda isə “Beynəlxalq Sülh və Etimad İli” kimi qeyd olunması qarşılıqlı etimada və regional əməkdaşlığa sadiqliyi göstərir. Mərasimdə Türkmənistanın xarici işlər nazirinin müavini Əhməd Qurbanov da çıxış edərək, Azərbaycan xalqını Zəfər Günü münasibətilə təbrik etdi. Qəbul rəsmi nahar ziyafəti ilə davam etdi, bu zaman Azərbaycan və dünya bəstəkarlarının, xüsusilə dahi Üzeyir Hacıbəylinin musiqiləri ifa olundu. Tədbirdə Türkmənistanda akkreditə olunmuş xarici diplomatik missiyaların rəhbərləri, media nümayəndələri və ictimaiyyət təmsilçiləri, həmçinin Türkmənistanda yaşayan azərbaycanlılar iştirak ediblər.
Korrupsiyaya qarşı mübarizə və şəffaflıq mövzularında yazıram. İnvestigativ jurnalistika mənim əsas maraq sahəmdir.
Bütün məqalələrə baxınOxşar xəbərlər

Bu ay Azərbaycanda ardıcıl 6 qeyri-iş günü olacaq
Xəbər Anı

Noyabrda 6 Günlük Uzun Tətil Gəlir!
Bugun.az

Prezident İlham Əliyev Zəfər Günü münasibətilə pay...
Azəri Xəbər

Zəfər günü və Dövlət bayrağı günü ilə əlaqədar ard...
Azəri Xəbər

Sabah qısa iş günü olacaq
Bugun.az

Bu günlərdə iş və dərs olmayacaq - Tarixlər
melumat.tv



