U-23 Avropa çempionatı: İki boksçumuz 1/4 finala yüksəliblər

24.11.2025 18:35 13 baxış sayı 1 dəq. oxuma Trend
U-23 Avropa çempionatı: İki boksçumuz 1/4 finala yüksəliblər

Macarıstanın paytaxtı Budapeştdə boks üzrə U-23 Avropa çempionatı davam edir. Yarışın ikinci günündə Azərbaycan millisinin daha iki boksçusu növbəti mərhələyə yüksəlməyi bacardı.


55 kiloqram çəki dərəcəsində mübarizə aparan Amin Məmmədzadə 1/8 finalda ispan Friha İsmail Maqraovi ilə qarşılaşdı. Boksçumuz rəqibini 5:0 hesabı ilə tamamilə məğlub edərək (30:26, 30:26, 30:26, 30:26, 30:25) 1/4 finala vəsiqə qazandı. O, növbəti döyüşünü Gürcüstan təmsilçisi Qor Ayvazyanla keçirəcək.


60 kiloqramda çıxış edən Tağı Nəsibov da ilk görüşündə qələbə qazanan idmançılar sırasındadır. Təmsilçimiz polşalı Yakub Krzpyeti 4:1 hesabı ilə üstələdi (29:28, 28:29, 29:28, 30:27, 29:28). Nəsibov yarımfinala gedən yolda irlandiyalı Qavin Ryanla rinqdə üz-üzə gələcək.


Tağı Nəsibov yarımfinal uğrunda döyüşə sabah çıxacaq. Amin Məmmədzadə isə noyabrın 26-da mübarizəyə davam edəcək. U-23 Avropa çempionatı noyabrın 29-da başa çatacaq.


N
Olimpiya idmanları müxbiri

Olimpiya idman növləri və idmançıların hekayələrini danışmağı xoşlayıram. Qadın idmanının inkişafı mənim ürəyimə yaxın mövzudur.

Bütün məqalələrə baxın
Paylaş: