Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

Azərbaycan Boksçuları Avropa Çempionatında Uğurlu Başladı

14.10.2024 23:25 226 baxış sayı 1 dəq. oxuma Metbuat
Azərbaycan Boksçuları Avropa Çempionatında Uğurlu Başladı

Bolqarıstanın paytaxtı Sofiyada keçirilən U-23 Avropa Boks Çempionatında iki Azərbaycanlı boksçu 1/4 finala çıxmağı bacardı.

Yarışın üçüncü günündə 51 kq çəki dərəcəsində çıxış edən Nicat Hüseynov, Uelsli Skott Riçards üzərində 5:0 hesabı ilə qələbə qazandı. Bu qələbə Nicatı 1/4 finala aparıb və o, növbəti mərhələdə İspaniya boksçusu Rafael Serrano ilə qarşılaşacaq.

Bir digər Azərbaycanlı boksçu Murad Allahverdiyev isə Aleksey Koktsikava (İBAB) ilə 3:2 hesabı ilə qalib gələrək 1/4 finala yüksəldi. Murad Allahverdiyev növbəti mərhələdə Ukraynalı Matviy Rajba ilə üz-üzə gələcək.

Qeyd edək ki, Avropa Çempionatında kişi boksçular arasında 1/4 final mərhələsinin görüşləri oktyabrın 16-da keçiriləcək.

E
Telekom müxbiri

Telekommunikasiya və 5G texnologiyaları üzrə jurnalistəm. Azərbaycanın rəqəmsal infrastrukturunun inkişafını yaxından izləyirəm.

Bütün məqalələrə baxın
Paylaş: