
Azərbaycanın şahmatçıları Avropa çempionatında iştirak edəcək

Azərbaycanın 13 şahmatçısı martın 15-26-sı aralığında Rumıniyanın Eferi-Nord şəhərində keçiriləcək şəxsi Avropa çempionatında mübarizə aparacaq.
Metbuat.az xəbər verir ki, bu barədə Azərbaycan Şahmat Federasiyasının mətbuat xidmətindən məlumat verilib.
Rumıniyada ölkəmizin adından Aydın Süleymanlı, Nicat Abasov, Məhəmməd Muradlı, Əhməd Əhmədzadə, Misrətdin İskəndərov, Read Səmədov, Vüqar Manafov, Şiroğlan Talıbov, Elmar Atakişiyev, Xaqan Əhməd, Süleyman Süleymanlı, Şahin Vəliyev və Ümid Aslanov çıxış edəcək.
Qeyd edək ki, Avropa çempionatında yüksək nəticə göstərəcək şahmatçılar Dünya Kubokuna vəsiqə qazanacaqlar. 11 turdan ibarət yarışın mükafat fondu 100 min avrodur.
Cəmiyyət həyatı və sosial məsələlər haqqında yazıram. İnsanların hekayələrini dinləmək və danışmaq mənim işimdir.
Bütün məqalələrə baxınOxşar xəbərlər
Azərbaycanın yeniyetmə şahmatçıları Avropa çempion...
Azəri Xəbər

Rəsul İbrahimov: Xaqan Əhmədin şahmatda daha böyük...
Azəri Xəbər

Azərbaycanlı hakim təyinat aldı
Bugun.az

Aerobika gimnastikası üzrə yığmanın baş məşqçisi:...
Azəri Xəbər

Azərbaycan şahmatçısı: Avropa çempionatındakı qələ...
Azəri Xəbər

Azərbaycan Boksçuları Avropa Çempionatında Uğurlu...
Bugun.az


