Ukrayna və ABŞ nümayəndə heyətləri sülh planı üzərində işini davam etdirəcək - Zelenski

27.11.2025 23:55 10 baxış sayı 2 dəq. oxuma Trend
Ukrayna və ABŞ nümayəndə heyətləri sülh planı üzərində işini davam etdirəcək - Zelenski

Ukrayna Prezidenti Volodimir Zelenski Ukrayna və ABŞ nümayəndə heyətləri arasında sülh planının müddəaları üzərində işlərin bu həftənin sonunda da davam edəcəyini bildirib. Dövlət başçısı əlavə edib ki, gələn həftə onun iştirakı ilə mühüm danışıqlar keçiriləcək.


Zelenski bu məlumatı teleqram kanalında yayımladığı videomüraciətdə verib. O bildirib ki, komandamız amerikalı nümayəndələrlə birlikdə Cenevrə danışıqları nəticəsində əldə edilən razılaşmaları inkişaf etdirməyə davam edəcək. Bu işin əsas məqsədi razılaşmaları sülh və təhlükəsizlik təminatlarına daha da yaxınlaşdırmaqdır. Nümayəndə heyətlərinin görüşü təşkil olunacaq. Ukrayna nümayəndə heyəti bu görüşə yaxşı hazırlaşacaq və əsaslı işə sadiq qalacaq.


Hazırda Amerika tərəfi və Avropadakı dostlarla sıx əlaqə saxlanılır. Prezident vurğulayıb ki, gələn həftə yalnız nümayəndə heyətlərimiz arasında yox, həm də onun birbaşa iştirakı ilə vacib danışıqlar aparılacaq. O qeyd edib ki, tərəflər bu danışıqlar üçün möhkəm baza formalaşdırırlar. Bu səylər bütövlükdə sülh prosesi üçün vacib addımlar sayılır.


F
Parlament müxbiri

Parlament xəbərləri və qanunvericilik prosesi üzrə ixtisaslaşmışam. Hüquqşünas kimi təhsil almışam, bu da mənə çox kömək edir.

Bütün məqalələrə baxın
Paylaş: