Yaxın gələcəkdə "Black Sea Energy" layihəsinə yeni iştirakçıların rəsmi qoşulması gözlənilir - Özbəkistanlı ekspert

15.11.2025 10:55 7 baxış sayı 2 dəq. oxuma Trend
Yaxın gələcəkdə "Black Sea Energy" layihəsinə yeni iştirakçıların rəsmi qoşulması gözlənilir - Özbəkistanlı ekspert

Azərbaycanın “yaşıl” enerjisinin Gürcüstan və Rumıniya üzərindən Avropaya nəqlini təmin edən Qara dəniz enerji kabeli (Black Sea Energy) layihəsinə yeni iştirakçıların qoşulması ilə bağlı rəsmi elanın yaxın vaxtlarda verilməsi gözlənilir.


Bu sözləri Daşkənddə Özbəkistan Dünya İqtisadiyyatı və Diplomatiya Universiteti nəzdindəki Enerji Geosiyasəti Mərkəzinin rəhbəri Xayotjon İbrahimov jurnalistlərə açıqlamasında bildirib. O qeyd edib ki, bir çox ölkə bu layihədə iştirak etməyə maraq göstərir, çünki onların elektrik enerjisinə olan tələbatı getdikcə artır.


İbrahimov vurğulayıb ki, "yaxın vaxtlarda biz məhz digər iştirakçıların da Black Sea Energy layihəsinə qoşulmasının rəsmi elanının şahidi olacağıq."


Ekspert həmçinin, Azərbaycan ilə Mərkəzi Asiya ölkələri arasında “yaşıl enerji dəhlizi”nin yaradılması təşəbbüsünün böyük potensial daşıdığını diqqətə çatdırıb. İlkin hesablamalar bu təşəbbüsün perspektivli olduğunu göstərir. Bu qiymətləndirmə həm Avropada elektrik enerjisinə olan yüksək tələbatı, həm də Özbəkistan və Qazaxıstanda bərpaolunan mənbələrdən enerji istehsalının artacağı proqnozunu nəzərə alır.


Xatırladaq ki, “yaşıl” enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş 2022-ci il 17 dekabr tarixində Buxarestdə Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan hökumətləri arasında imzalanıb. Bu layihənin həyata keçirilməsi üçün “Green Energy Corridor Energy Company” (GECO) adlı xüsusi şirkət yaradılıb. Hazırda layihənin texniki-iqtisadi əsaslandırması CESI şirkəti tərəfindən aparılır və artıq nazirlər və İdarəetmə Komitəsinin 10 iclası keçirilib.


R
Əmlak bazarı müxbiri

Daşınmaz əmlak bazarı və tikinti sektoru üzrə yazıram. Bakının necə dəyişdiyini izləmək maraqlıdır.

Bütün məqalələrə baxın
Paylaş: