Ziraat Bank Azərbaycan məktəblilər üçün maliyyə savadlılığı təlimi təşkil etdi

18.11.2025 09:15 8 baxış sayı 3 dəq. oxuma Trend
Ziraat Bank Azərbaycan məktəblilər üçün maliyyə savadlılığı təlimi təşkil etdi

Ziraat Bank Azərbaycan korporativ sosial məsuliyyət (KSM) layihələrinə hər zaman xüsusi diqqət yetirir. Bu çərçivədə, bank gənclər arasında maliyyə savadlılığının artırılmasına yönəlmiş növbəti maarifləndirici tədbirini uğurla həyata keçirdi. Bu layihə gənc nəslin maliyyə dünyası ilə daha yaxından tanış olmasına və gələcək maliyyə qərarları üçün hazırlıq qazanmasına xidmət edir.


Proqram çərçivəsində Hədəf Liseyinin 9, 10 və 11-ci sinif şagirdləri bankın Bakıdakı mərkəzi ofisinə dəvət edildi. Şagirdlər burada Bankda fəaliyyət göstərən fərqli departamentlərin iş prinsipləri ilə əyani şəkildə tanış oldular. Onlar bankın necə işlədiyini və maliyyə xidmətlərinin hansı yollarla təqdim edildiyini yerində görmək imkanı qazandılar. Bu cür birbaşa müşahidə gənclərin nəzəri biliklərini praktik misallarla möhkəmləndirməsinə imkan yaradır.


Departamentlərlə tanışlıq bitdikdən sonra şagirdlərə ətraflı təlim keçirildi. Təlimin əsas mövzuları depozit və kredit anlayışları, onların necə hesablanma mexanizmləridir. Eyni zamanda, nağdsız ödənişlərin fərqli növləri, onlardan istifadə zamanı təhlükəsizlik prinsipləri və POS terminallarının işləmə qaydası barədə geniş məlumat verildi. Şagirdlərə həmçinin mobil bankçılığın iş prinsipləri nümayiş etdirilib və detallı şəkildə izah olundu. Layihəyə qoşulan 20-dən çox şagird bank əməliyyatlarını praktiki şəkildə izləyərək, düzgün maliyyə qərarlarının verilməsində əsas prinsipləri öyrəndi.


Qeyd edək ki, Ziraat Bank Azərbaycan 161 illik zəngin tarixə malik Türkiyə Respublikasının "Ziraat Maliyyə Qrupu"-nun üzvüdür. Bank Azərbaycanda Mərkəzi Bank tərəfindən verilmiş lisenziya əsasında fəaliyyət göstərir. Bank korporativ və pərakəndə bankçılıq sahəsində müasir məhsul və xidmətlər təklif edir. Bu xidmətlər Bakı, Gəncə, Sumqayıt və Naxçıvan şəhərlərində yerləşən 11 filial, Quba şöbəsi və rəqəmsal platformalar vasitəsilə müştərilərə çatdırılır.


K
Bank sektoru müxbiri

Bank sektoru və maliyyə xidmətləri haqqında yazıram. Əvvəllər bankda işləmişəm, indi isə bu təcrübəmi jurnalistikada istifadə edirəm.

Bütün məqalələrə baxın
Paylaş: