🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
8 abunə
Son Xeberler
Son Xeberler
7 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə
Bugun.az
Bugun.az
8 abunə

3 bürcdən ayrılmaq asan deyil - Qisas ala bilərlər

03.11.2024 20:25 18 baxış sayı 3 dəq. oxuma
3 bürcdən ayrılmaq asan deyil -  Qisas ala bilərlər

Gözəl və xoşbəxt münasibətiniz artıq istədiyiniz kimi davam etmədikdə və aranızdakı sevgi bitdikdə ayrılmaq qərarına gəlirsiniz. Bəzi insanlarla danışıb razılaşaraq ayrılmaq mümkün ola bilər, amma bəzi insanlar ayrılığı heç vaxt bağışlaya bilmir. Ayrılıq sözünü eşitmək belə onları qəzəbləndirməyə kifayət edir.

Metbuat.az lent.az-a istinadən ayrılığa dözə bilməyən və bunu xaosa çevirməyi bacara bürcləri təqdim edir.

Qəzəbli QOÇ

Qoçlar qəzəbli və iddialı təbiətləri ilə dərhal diqqət çəkirlər. Münasibətlərə nəzarət etməyi sevən Qoçdan ayrılmaq qərarına gəldiyiniz zaman onları çox məyus edə bilərsiniz.

Qoç bürcü insanları ayrılıq sözünü eşitdikləri an tamamilə fərqli bir insana çevrilə bilərlər. Qəzəbdən gözü dönə bilər. Sözləri ilə səni incitmədən ayrılığı qəbul etməzlər. Ancaq Qoç bürcü insanları partnyorunu çox sevmirsə, arxaya baxmadan ayrıla bilər.

Qürur abidəsi ŞİR

Şirlər üçün şərəfli və qürurlu olmaq həyatda birinci yerdədir. Onlar sözün əsl mənasında bunun üçün yaşayırlar. Şir bürcü sevgilinizdən ayrılmaq qərarına gəldikdə, bu, onun namusunu və qürurunu dərindən incidir.

Şir bürcündən ayrılmaq heç vaxt asan deyil. Şir "mənim kimi birindən necə ayrıla bilər" fikri ilə özünü göstərir. Hətta münasibəti özü bitirməyə çalışır. Məğlub və küsmüş görünməmək üçün elə bir rəftar göstərir ki, gedəndə sizi təəccübləndirir.

Qisasçı ƏQRƏB

Əqrəb bürcü insanları münasibətlərində ehtiraslı və sadiq təbiətləri ilə tanınırlar. Əqrəb bürcündən ayrılmağa qərar verdiyiniz zaman, onlar sizə qarşı bir az qorxulu davrana bilər. Əqrəblər bu qərarı yetkinliklə qəbul edirlər, amma sonra sizdən qisas almaq üçün planlar qururlar.

Əqrəb bürcü insanları ayrılıq qərarından sonra sizə qarşı kin saxlayacaqlar. Sizi soyutmaq üçün sizə qarşı məkrli planlar qura bilərlər. Bu səbəbdən Əqrəb bürcündən ayrılarkən diqqətli olmaq lazımdır.

Ayrılıqlara dözə bilməyən XƏRÇƏNG

Xərçəng astrologiyada ən emosional və həssas bürc kimi tanınır. Onlar üçün incimək və əsəbləşmək çox asandır. Xərçəng insanı münasibətdə olanda sözün əsl mənasında sizə sadiqdir. Bu səbəbdən ayrılıq fikri onu dəli edə bilər.

Hətta ayrılıq sözü də Xərçəngi dağıdıcya çevirə bilər. Ayrılığın sarsıdıcı zərbəsi ilə evinə qapanır, heç kimlə danışmır. Bununla belə, Xərçəng bürcü sizi asanlıqla buraxmır. Davamlı olaraq sizi barışmağa çağırır və ya sosial media hesablarınızda nə etdiyinizi davamlı olaraq izləməyə çalışır. Onların obsesif münasibəti ayrılığı çətinləşdirir.

Paylaş: