Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

3 ulduz futbolçu "Qalatasaray”dan ayrılmağa qərar verdi

03.06.2025 07:25 77 baxış sayı 1 dəq. oxuma Metbuat
3 ulduz futbolçu "Qalatasaray”dan ayrılmağa qərar verdi

Mövsümün fasiləsində "Qalatasaray"a transfer edilərək 1 illik müqaviləyə imza atan Alvaro Morata klubdan getmək istədiyini ifadə edib.

Metbuat.az xəbər verir ki, o, İspaniyanın "Xetafe" klubunda oynamaq istədiyini açıqlayıb. Morata İspaniya millisinin düşərgəsində televiziyaya müsahibə verib. “İspaniyadakı növbəti komandanız hansı olacaq?” sualına Morata, “Xetafedə oynamaq üçün əlimdən gələni edəcəyəm” - deyə cavab verib.

Qeyd edək ki, bundan əvvəl "Qalatasaray"la müqaviləsi başa çatan belçikalı futbolçu Dris Mertens klubla yeni müqavilə imzalamayıb. O, "Qalatasaray"dan ayrılıb. Viktor Osimhenin də “Əl-Hilal” klubu ilə müqavilə imzaladığı irəli sürülür.

T
Baş texnologiya şərhçisi

Texnologiya jurnalistikası ilə məşğulam. Əvvəllər İT şirkətində işləyirdim, amma yazmaq daha çox xoşuma gəldi. İndi hər iki dünyamı birləşdirə bilirəm...

Bütün məqalələrə baxın
Paylaş: