Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

​“44” filmində niyə yerli yox, türk aktrisa oynayıb? - AÇIQLAMA

10.03.2025 08:25 106 baxış sayı 2 dəq. oxuma Metbuat
​“44” filmində niyə yerli yox, türk aktrisa oynayıb? - AÇIQLAMA

Xalq artisti Mehriban Zəki Vətən müharibəsindən bəhs edən “44” filmindən danışıb.

Metbuat.az xəbər verir ki, bu barədə “Pərvizə görə”də verilişində açıqlama verən sənətçi sosial şəbəkələrdə türk aktrisa Özge Gürelin sözügedən ekran işində rol almasına irad bildirənlərə cavab verib:

“Çox qəribədir “44” haqqında danışılan kimi niyə qalmaqallı nöqtəyə toxunursunuz? Orada heç bir qalmaqallı tərəf yoxdur. Həm məndə, həm xalqımızda, həm sizdə sevindirən, sevinc hissi yaradan o olmalıdır ki, film müharibə dövrünü ehtiva edəcək, onu ekrana gətirəcək. Bu, bizim üçün çox dəyərli sənət əsəri olacaq. Təbii ki, insanlar hər zaman niyə bu oldu, filan oldu, kimi qınamaq mövqeyində olurlar, buna cəhd edirlər. Çünki bilmirlər. Lakin ssenariyə əsasən Özgenin oynadığı obraz türk xanımdır. Filmdə Türkay Cəfərli, Nadir Rüstəmli çəkilir. Sonra İbrahim Çingiz mənim oğlumu canlandırır. Çox yaraşıqlı, gənc aktyorlarımız rol alır”.


A
Gənclik və trendiər müxbiri

Gənclik mədəniyyəti və trendiər haqqında yazıram. Y və Z nəsli nə düşünür, nə istəyir - bunları araşdırıram.

Bütün məqalələrə baxın
Paylaş: