Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

Ağayev balta atdığı mühafizəçi ilə barışdı - FOTO

08.01.2025 10:25 128 baxış sayı 1 dəq. oxuma Metbuat
Ağayev balta atdığı mühafizəçi ilə barışdı - FOTO

Xalq artisti Ağadadaş Ağayev balta atdığı mühafizəçi ilə barışıb.

Metbuat.az Qafqazinfo-ya istinadən xəbər verir ki, tərəflər arasında notarius qaydasında barışıq əldə olunub.

Mühafizəçi Nurəddin Cəlilov da, Ağadadaş Ağayev də aralarındakı insidentə görə peşman olduqlarını deyiblər.

Razılaşmada Xalq artistinin vəkili Asim Abbasov da iştirak edib. Sənəd məhkəməyə təqdim edilib.

Bu dəqiqələrdə iş üzrə növbəti məhkəmə prosesi başlayacaq.

Qeyd edək, A.Ağayevlə birgə insident iştirakçısı Nurəddin Cəlilov da mühakimə edilir. Onların hər ikisi xuliqanlıqda ittiham olunur.

E
Telekom müxbiri

Telekommunikasiya və 5G texnologiyaları üzrə jurnalistəm. Azərbaycanın rəqəmsal infrastrukturunun inkişafını yaxından izləyirəm.

Bütün məqalələrə baxın
Paylaş: