🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
9 abunə
Son Xeberler
Son Xeberler
9 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə
Bugun.az
Bugun.az
9 abunə

Ailənin tək oğulları əsgər aparılmır?

01.05.2025 11:25 8 baxış sayı 3 dəq. oxuma
Ailənin tək oğulları əsgər aparılmır?

Azərbaycanın müstəqilliyini əldə etdikdən sonra, hərbi xidmətlə bağlı qanunvericilikdə müəyyən dəyişikliklər baş verib. Bu dəyişikliklərdən biri də ailənin tək oğlunun hərbi xidmətə çağırılması məsələsidir. Hətta bəzən müharibə dövründə, xüsusilə 44 günlük Vətən müharibəsində ailələrin tək oğulları hərbi xidmətə göndərildi. Ailənin tək oğlu olan vətəndaşların hərbi xidmətə çağırılması bəzi hallarda sosial və hüquqi narazılığa səbəb olur.

Bəs evin tək oğlu hansı hallarda əsgərliyə aparılmır?

Mövzu ilə bağlı Metbuat.az-a danışan hərbi ekspert Üzeyir Cəfərov bildirib ki, ailənin tək oğlunun hərbi xidmətə çağırılması, hər hansı bir qadağa olmadan Azərbaycan qanunvericiliyində hələ də mövcuddur:

"Ailənin tək oğlunun hərbi xidmətə çağırılması, ailənin gələcəyi və genofondunun qorunması baxımından ciddi nəticələrə gətirib çıxara bilər. Azərbaycanın müstəqilliyi əldə edildikdən sonra, ailənin tək oğlunun hərbi xidmətə çağırılması ilə bağlı qanunvericilikdə müəyyən dəyişikliklər baş verdi. Əvvəllər ailənin tək oğulları müharibəyə göndərilmirdi və əgər göndərilirdisə, onların hərbi xidmətləri yalnız arxa cəbhə vəzifələri ilə məhdudlaşırdı. Hərbi xidmət zamanı bəzi komandirlər ailənin tək oğlunu münaqişə riskindən uzaq tutmağa çalışırlar. Onlara daha az təhlükəli tapşırıqlar verilir və riskli ərazilərə göndərmirlər".

Ekspert qeyd edib ki, bəzi hallarda ailə vəziyyəti nəzərə alınır:

"Bir çox ailələrdə yalnız bir oğlan olur, və bu oğlanın həyatı riskə atılarsa, həmin ailədə nəsil artımı olmaz. Bununla belə, bəzi hallarda ailə vəziyyəti nəzərə alınaraq, çağırışa möhlət verilə bilər. Məsələn, əgər çağırışçının himayəsində başqa övladı olmayan I qrup əlil ata və ya ana varsa, bu halda çağırışa möhlət hüququ nəzərdə tutulur".

Ülkər Abdurahmanlı / Metbuat.az

Paylaş: