Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

Akar: "Kimsə Azərbaycan və Türkiyəyə tərs baxa bilməyəcək"

12.04.2025 20:25 83 baxış sayı 1 dəq. oxuma Metbuat
Akar: "Kimsə Azərbaycan və Türkiyəyə tərs baxa bilməyəcək"

44 günlük müharibədən sonra şanlı Azərbaycan bayrağı Şuşada, Qarabağda şərəflə dalğalanır.

Metbuat.az xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin Milli (TBMM) Müdafiə komissiyasının sədri, keçmiş müdafiə naziri Hulusi Akar “X”də yazıb.

"Azərbaycan Prezidenti İlham Əliyev “yetər artıq” dedi, dövlət başçımız Rəcəb Tayyib Ərdoğan da “Azərbaycan yalnız deyil" dedi. Artıq kimsə Azərbaycan və Türkiyəyə tərs baxa bilməyəcək. Gücümüzün fərqindəyik. Tək yumruq, tək ürək, tək ordu olaraq modernləşmə işlərini davam etdiririk. Eyni zamanda sülh deyirik, hüzur deyirik, sabitlik deyirik, diplomatiya deyirik, dialoq deyirik”, - o qeyd edib.

N
Sosial media redaktoru

Sosial media və rəqəmsal trendlər haqqında yazıram. Platformaların alqoritmləri necə dəyişir və bu bizə necə təsir edir - mənim əsas mövzularım.

Bütün məqalələrə baxın
Paylaş: