
Allahşükür Paşazadə Türkiyəyə gedir

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə mayın 7-də Türkiyə Cümhuriyyətinə səfərə yola düşür.
Metbuat.az xəbər verir ki, bu barədə QMİ-nin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin sədri Akkan Suverin dəvəti ilə baş tutan səfərdə QMİ sədri 7-8 may tarixlərində İstanbulda keçiriləcək 28-ci Avrasiya İqtisadi Zirvəsində iştirak edəcək.
Ətraflı
"Vəqfin 40-cı ildönümü ərəfəsində keçiriləcək, dünyanın müxtəlif ölkələrini təmsil edən dövlət rəsmiləri, nüfuzlu din xadimləri, siyasətçilərin iştirak edəcəyi zirvədə Şeyxülislam Allahşükür Paşazadə fəxri qonaq olaraq iştirak və çıxış edəcəkdir", - məlumatda qeyd olunub.
Oxşar xəbərlər

"Təbrik üçün zəng vurmusunuz, yoxsa əsəbləşdirmək...
Bugun.az

“Qorbaçov cəzasını almalıdır” -
Son Xeberler

Allahşükür Paşazadə Nobel mükafatına namizəd oldu
Son Xeberler

Suriya prezidenti Türkiyəyə gedəcək
Bugun.az

Sahibə Qafarova Türkiyəyə getdi
Bugun.az

Şeyx koronavirus testindən keçdi:
Son Xeberler