Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

Ançelotti Vinisiusu sildi - Lider Mbappe oldu

08.04.2025 11:25 114 baxış sayı 1 dəq. oxuma Metbuat
Ançelotti Vinisiusu sildi - Lider Mbappe oldu

“Real Madrid”in məşqçisi Karlo Ançelotti komandada yeni vəzifə bölgüsü edib.

Metbuat.az xəbər verir ki, klubun ilk penalti yerinə yetirən futbolçusu Kilian Mbappe təyin edilib. Buna qədər isə penalti zərbələrini Junior Vinisius yerinə yetirirdi. Vinisius Junior “Valensiya” matçında penalti şansını əldən vermişdi. Giorgi Mamardaşvili braziliyalının zəif zərbəsini asanlıqla dəf etmişdi. Vinisius bundan əvvəl Çempionlar Liqasında “Atletiko Madrid”lə oyunda penaltini yerinə yetirə bilməmişdi.

Bildirilir ki, “Real”da Mbappedən sonra ikinci penalti yerinə futbolçu Cude Bellinqhem olub. Ançelottinin Vinisiusu siyahıdan çıxarması diqqət çəkib.

T
Baş texnologiya şərhçisi

Texnologiya jurnalistikası ilə məşğulam. Əvvəllər İT şirkətində işləyirdim, amma yazmaq daha çox xoşuma gəldi. İndi hər iki dünyamı birləşdirə bilirəm...

Bütün məqalələrə baxın
Paylaş: