🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
9 abunə
Son Xeberler
Son Xeberler
9 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə
Bugun.az
Bugun.az
9 abunə

Ançelotti və Vinisius arasında gərginlik - “Real”da ara qarışdı

10.02.2025 08:25 22 baxış sayı 1 dəq. oxuma
Ançelotti və Vinisius arasında gərginlik - “Real”da ara qarışdı

“Real Madrid” - “Atletiko Madrid” matçından əvvəl məşqçi Karlo Ançelotti ilə Vinisius Junior arasında gərginlik yaşanıb.

Metbuat.az xəbər verir ki, oyundan əvvəl Ançelotti Vinisiusla söhbət edib və ondan diqqətini yalnız oyununa yönəltməsini tələb edib. “Defensa Central”da yer alan xəbərə görə, Ançelotti oyunçuya oyunçuların təxribatına uymamağa çağırıb. Ançelotti bildirib ki, Vinisius təxribatlara uymasa öz bacarıqlarını ortaya qoya bilər. Məşqçi bildirib ki, oyunçu bəzən emosional hərəkətlərə meyilli olur ki, bu da onun meydançadakı effektivliyinə zərər verə bilər. Tərəflər arasında söhbətin gərgin keçdiyi irəli sürülüb.

Qeyd edək ki, “Real Madrid” - “Atletiko Madrid” matçı 1-1 hesabı ilə yekunlaşıb. Alvarezin qoluna Mbappe cavab verib.

Paylaş: