🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
9 abunə
Son Xeberler
Son Xeberler
9 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə
Bugun.az
Bugun.az
9 abunə

"Real"da Vinisius böhranı - Klubdan gedə bilər

10.02.2025 15:25 27 baxış sayı 2 dəq. oxuma
"Real"da Vinisius böhranı - Klubdan gedə bilər

“Real Madrid”in futbolçusu Vinisius Junior komanda yoldaşları ilə mübahisə edib.

Metbuat.az xəbər verir ki, gərginlik İspaniya Super Kubok oyununda “Leqanes” üzərində 3-2 hesabı ilə əldə edilən oyunda baş verib. “Sport” qəzetinin məlumatına görə, oyunda Luka Modriç müdafiə boşluqlarını örtmək məcburiyyətində qaldıqdan sonra Vinisiusa xəbərdarlıq edib. Modriç Vinisiusdan müdafiəyə kömək etməsini tələb edib. Oyunda bu gərginlik bir neçə dəfə müşahidə edilib. İddia edilir ki, həmin gərginlikdən sonra futbolçular arasında meydandan kənarda da gərginlik baş verib. Digər futbolçuların da Modriçə dəstək verdiyi bildirilir. İddialara görə, Vinisius gərginlikdən sonra klubdan getməyi nəzərdən keçirə bilər.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı klubunun Vinisius Junior üçün “Real”a 300 milyon avro təklif etdiyi irəli sürülür. İddia edilir ki, “Real” tərəfi klubda Vinisiusu əvəz edəcək Kilian Mbappe və Rodriqo kimi futbolçuların olduğunu irəli sürərək, futbolçunu göndərə bilər.

Paylaş: