Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

"Real"da Vinisius böhranı - Razılığa gələ bilmirlər

24.04.2025 17:25 107 baxış sayı 1 dəq. oxuma Metbuat
"Real"da Vinisius böhranı - Razılığa gələ bilmirlər

“Real Madrid” futbolçu Vinisius Juniorla yeni müqavilə barədə razılığa gələ bilmir.

Metbuat.az xəbər verir ki, tərəflər məvacib məsələsində razılıq əldə etməyib. "The Athletic"də dərc edilən xəbərə görə, “Real” futbolçuya 15-20 milyon avro arası maaş təklif edib. Vinisius Junior isə 30 milyon avro tələb edir. Bildirilir ki, bundan əvvəl “Real”da belə yüksək məvacib Kriştiano Ronaldo alıb. “Real” maaş balansını pozmamaq və futbolçular arasında narazılıq yaratmamaq üçün Vinisius Juniorun istədiyi məbləği vermək istəmir.

Qeyd edək ki, Vinisius Juniorun “Real”la müqaviləsi 2027-ci ildə yekunlaşır. Klub onunla müqaviləni 2030-cu ilə qədər artırmaq istəyir.

Texnologiya redaktoru

Texnologiya sahəsində 8 ildir yazıram. Bakıda keçirilən ilk startap müsabiqələrinin birində iştirak edib, o vaxtdan bu mövzuya marağım daha da artıb....

Bütün məqalələrə baxın
Paylaş: