Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

"Real" Vinisiusun əvəzinə onu transfer edəcək

14.04.2025 16:25 106 baxış sayı 1 dəq. oxuma Metbuat
"Real" Vinisiusun əvəzinə onu transfer edəcək

“Real Madrid” Vinisius Juniorun yerinə transfer edilə biləcək futbolçunu müəyyən edib.

Metbuat.az xəbər verir ki, Vinisius “Real”ı tərk edərsə, rəhbərlik "Mançester Siti"nin futbolçusu Erlinq Halaandı transfer etməyə çalışacaq. Bildirilir ki, Vinisius Juniorun mövsümün sonunda Səudiyyə Ərəbistanına transferi istisna edilmir. Məlumata görə, “Real” və Vinisius arasında danışıqlar davam etsə də, tərəflər yeni müqavilə barədə razılığa gələ bilməyib. İddialara görə, tərəflər məvacib məsələsində razılığa gələ bilməyib. Klubun Vinisiusun tələb etdiyi kimi ona daha çox məvacib verərək, futbolçular arasında maaş balansını pozmaq istəmədiyi irəli sürülür.

Qeyd edək ki, “Əl-Hilal” klubunun Vinisius Junior üçün 5 il müddətinə 1 milyard avro təklif etdiyi barədə xəbərlər dərc edilmişdi.

G
Sosial məsələlər müxbiri

Cəmiyyət həyatı və sosial məsələlər haqqında yazıram. İnsanların hekayələrini dinləmək və danışmaq mənim işimdir.

Bütün məqalələrə baxın
Paylaş: