Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

"Real" rəhbərliyindən Ançelottini qəzəbləndirən, Ardanı sevindirən qərar

26.12.2024 17:25 153 baxış sayı 2 dəq. oxuma Metbuat
"Real" rəhbərliyindən Ançelottini qəzəbləndirən, Ardanı sevindirən qərar

“Real Madrid” zədəli futbolçulara baxmayaraq, mövsümün fasiləsində transfer etməyi planlaşdırmır.

Metbuat.az xəbər verir ki, “Real”da David Alaba, Carvajal və Militao sıradan çıxıb. Lakin fasiləyə lider "Atletiko Madrid"dən bir xal geridə girən "Real Madrid" rəhbərliyi mövsümün fasiləsində heyətini gücləndirməyəcək. Bildirilir ki, “Real” rəhbərliyinin transfer fikrindən daşınması Asensio və Tşouameninin uğurlu çıxışı ilə bağlıdır. AS qəzetinin xəbərinə görə, “Real” rəhbərliyi transfer etməmək fikrində qərarlıdır. Bu Arda Gülerin tez-tez əsas heyətə düşməsinə şərait yarada bilər. Bundan əvvəl Ançelottinin Ardanı əsas heyət oyunçuysu hesab etmədiyi barədə xəbərlər dərc edilmişdi.

Mövsümün sonunda“Real” sağ cinah və yarımmüdafiə mövqelərinə transfer edə bilər. “Real”ın hədəfindəki futbolçu Alexander-Arnoldun “Liverpul”la müqaviləsi mövsümün sonunda yekunlaşır. “Real” futbolçunu pulsuz almaq istəyir. "Real Madrid"in siyahısında “Real Sosyedad”dan Martin Zubimendi və PSJ-dən Vitinya da var.

T
Baş texnologiya şərhçisi

Texnologiya jurnalistikası ilə məşğulam. Əvvəllər İT şirkətində işləyirdim, amma yazmaq daha çox xoşuma gəldi. İndi hər iki dünyamı birləşdirə bilirəm...

Bütün məqalələrə baxın
Paylaş: