
"Real" Ardanı bu futbolçuya görə fəda edir - Böyük mübadilə

"Real Madrid"in ulduzu Arda Gülerlə bağlı yeni iddia ortaya atılıb.
Metbuat.az xəbər verir ki, futbolçunun Bundesliqa nəhəngi ilə müqavilə imzalayacağı bildirilib. İspaniya mətbuatının məlumatına görə, müdafiə xəttində problem yaşayan “Real”, “Bayer Leverkuzen”in alman futbolçusu Tahı transfer etmək istəyir. İddia edilir ki, “Bayer Leverkuzen” bu transferin reallaşması üçün Arda Güleri tələb edir. Bildirilir ki, “Real” Tah üçün Ardanı Almaniya klubuna verə bilər.
Qeyd edək ki, bundan əvvəl “Real”da əsas heyətə düşə bilməyən Arda Gülerin icarəyə göndərilə biləcəyi irəli sürülmüşdü. Həmçinin, Alman klubunun Arda Güleri icarəyə götürmək istədiyi qeyd edilmişdi. “Bayer Leverkuzen”in bu fürsətdən istifadə edə biləcəyi bildirilir.
Cəmiyyət həyatı və sosial məsələlər haqqında yazıram. İnsanların hekayələrini dinləmək və danışmaq mənim işimdir.
Bütün məqalələrə baxınOxşar xəbərlər

Arda ehtiyatda qalmaqdan usandı - 70 milyona razıl...
melumat.tv

"Real" rəhbərliyindən Ançelottini qəzəbləndirən, A...
Bugun.az

Mourinyo Arda Güler Transferi üçün "Real"a Təzyiq...
Bugun.az

Təkliflərin ardı-arası kəsilmir - Onlar da Ardanı...
Bugun.az

Ardanı istəyən Avropa nəhəngi bilindi
Bugun.az

"Real"dan Ardanı transfer etmək istəyən "Siti"yə ş...
Bugun.az


