
Ankarada “Üç dövlət, bir millət” iclası keçiriləcək

Sentyabrın 26-da və 27-də Ankarada Türkiyə Böyük Millət Məclisinin(TBMM) təşkilatçılığı ilə Azərbaycan-Türkiyə, Azərbaycan-Şimali Kipr Türk Cümhuriyyəti (ŞKTC) və Türkiyə-ŞKTC parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərləri və üzvlərinin birgə “Üç dövlət, bir millət” adlı ikinci iclası keçiriləcək.
Metbuat.az xəbər verir ki, bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.
İclasda Milli Məclisin Səhiyyə komitəsinin sədri, Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əhliman Əmiraslanov, deputatlardan ŞKTC ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Cavanşir Feyziyev, Eldar Quliyev və Anar Məmmədov iştirak edəcəklər.
Səfər çərçivəsində Milli Məclisin deputatlarının TBMM-də bir sıra görüşləri də nəzərdə tutulub.
Oxşar xəbərlər

Bu gün Əfv Komissiyasının növbəti iclası keçiriləc...
Bugun.az

Bu gün sonuncusu keçirilir - Adlar Prezidentə təqd...
Bugun.az

Millət vəkillərindən açıqlama:
Xəbər Anı

Ərdoğan Serbiyaya səfər etdi
Bugun.az

Rusiya heyəti müzakirələr üçün Ankarada
Son Xeberler

Bu universitetlərdə tədris onlayn olacaq - SİYAHI
Bugun.az