
Ardıcıl 11 gün iş olmayacaq - TARİXLƏR

Bu il Novruz bayramında 11 gün qeyri-iş günü olacaq.
Metbuat.az xəbər verir ki, Nazirlər Kabinetinin 11 dekabr 2024-cü il tarixli qərarına əsasən, 2025-ci il martın 20, 21, 22, 23, 24-ü Novruz bayramıdır. Bu il 22 və 23 mart tarixləri bazar gününə təsadüf etdiyindən Əmək Məcəlləsinə əsasən, 25 və 26 mart qeyri-iş günü olacaq.
Nazirlər Kabinetinin bugünkü qərarına əsasən, iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2025-ci il 27 və 28 mart iş günləri ilə müvafiq olaraq 10 mart və 1 aprel istirahət günlərinin yerləri dəyişdirilib.
Beləliklə, 29 və 30 mart tarixlərinin də şənbə və bazar günlərinə təsadüf etdiyindən, bu il Novruz bayramında 20, 21, 22, 23, 24, 25, 26, 27, 28, 29 və 30 mart tarixləri qeyri-iş günü olacaq.
Oxşar xəbərlər

Bu günlərdə iş və dərs olmayacaq - Tarixlər
melumat.tv

Ardıcıl 6 gün iş OLMAYACAQ
Xəbər Anı

Novruz bayramında qeyri-iş günlərinin sayı ARTDI
Son Xeberler

Bayram çərşənbələri və qeyri-iş günləri açıqlandı...
Son Xeberler

Noyabrda 18 gün dərs olmayacaq
Xəbər Anı

Noyabrda 6 Günlük Uzun Tətil Gəlir!
Bugun.az