Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

Avropadan 3 medalla qayıtdılar

09.02.2025 20:25 114 baxış sayı 1 dəq. oxuma Metbuat
Avropadan 3 medalla qayıtdılar

Polşanın Bielsko-Biala şəhərində karate (WKF / idman karatesi) üzrə yeniyetmə, gənclər və U-21 yaş kateqoriyalarının 52-ci Avropa çempionatı başa çatıb.

Metbuat.az Azərbaycan Karate Federasiyasına istinadən xəbər verir ki, milli komandanın üzvləri yarışdan 3 medalla dönürlər.

Yığmanın heyətində Ələddin Məlikov (16-17 yaş / 68 kiloqram) gümüş, Vüsal Qənbərov (14-15 yaş / 52 kiloqram) və Əliəşrəf Qafarov (14-15 yaş / 57 kiloqram) bürünc mükafata yiyələnib.

G
Sosial məsələlər müxbiri

Cəmiyyət həyatı və sosial məsələlər haqqında yazıram. İnsanların hekayələrini dinləmək və danışmaq mənim işimdir.

Bütün məqalələrə baxın
Paylaş: