Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

Cüdoçularımız Avropa Kubokunu 5 medalla tamamladılar

09.03.2025 21:25 114 baxış sayı 1 dəq. oxuma Metbuat
Cüdoçularımız Avropa Kubokunu 5 medalla tamamladılar

Azərbaycanın yeniyetmə cüdoçuları Türkiyənin Antalya şəhərində keçirilən Avropa Kubokunu 5 medalla tamamlayıblar.

Metbuat.az xəbər verir ki, yarışın ikinci günündə idmançılarımız bir gümüş və bir bürünc medalla yadda qalıblar.

Oğlanlar arasında 73 kq çəkidə Ayxan Həsənli gümüş medalın sahibi olub. 90 kq çəki dərəcəsində tatamiyə çıxan Səid Hüseynov isə bürünc medala yiyələnib.

Qeyd edək ki, ilk yarış günündə Könül Eyvazlı gümüş, Leyla Ələkbərova və Röyal Qayıbov isə bürünc medal qazanmışdı.

Beləliklə, Avropa Kubokunu 5 medalla (2 gümüş və 3 bürünc) başa vuran millimiz ümumi komanda hesabında 24 ölkə arasında 7-ci yeri tutub.

A
Gənclik və trendiər müxbiri

Gənclik mədəniyyəti və trendiər haqqında yazıram. Y və Z nəsli nə düşünür, nə istəyir - bunları araşdırıram.

Bütün məqalələrə baxın
Paylaş: