
Ayxan Abbasov onu millidən göndərdi - FOTO

Azərbaycan milli futbol komandasının hücumçusu Renat Dadaşovun DÇ-2026-nın seçmə mərhələsinin 4-cü turunda Ukrayna yığmasına qarşı oyunda (1:2) iştirak etməməsinin səbəbi məlum olub.
Metbuat.az azerisport.com-a istinadən xəbər verir ki, 26 yaşlı hücumçu Fransaya qarşı keçirilən oyunun ikinci hissəsində meydana buraxılmalı imiş. Lakin taktiki və oyunla bağlı səbəblərə görə, onun əvəzinə başqa bir futbolçu oyuna daxil edilib.
Bu qərar Polşanın "Motor" klubunda çıxış edən və hazırda ən yaxşı formada olmayan hücumçunun xoşuna gəlməyib və o, narazılığını baş məşqçi Ayxan Abbasova bildirib. Nəticədə Dadaşov növbəti oyunun - Ukrayna ilə görüşün iştirak ərizəsinə salınmayıb.
Hazırda Dadaşovun Ayxan Abbasov milli komandanın baş məşqçisi olduğu müddətdə milliyə çağırılıb-çağırılmayacağı sual altındadır.
Oyun sənayesi və virtual reallıq texnologiyaları haqqında yazıram. Gaming mədəniyyətinin Azərbaycanda inkişafını izləmək maraq doğurur.
Bütün məqalələrə baxınOxşar xəbərlər

Ayxan Abbasov millidə qalsa, çox sevinərəm - Emin...
Bugun.az

Ayxan Abbasov: "Şamaxı"nın toparlanmağa ehtiyacı v...
Azəri Xəbər

Fransa millisi ilə oyuna ciddi hazırlaşmışıq - Ayx...
Bugun.az

Ədalət Abbasov vəzifəsindən azad edildi -FOTO
Bugun.az

Röyanın dəbdəbəli evi -
Şou Xəbər

Azərbaycan millisinin baş məşqçi postuna namizədlə...
Bugun.az