Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

"Azad edilmiş torpaqlarda artıq 50 mindən çox insan yaşayır, işləyir və təhsil alır"

25.09.2025 17:25 14 baxış sayı 1 dəq. oxuma Metbuat
"Azad edilmiş torpaqlarda artıq 50 mindən çox insan yaşayır, işləyir və təhsil alır"

Ermənistan işğal dövründə yüzlərlə şəhər və kəndimizi yerlə-yeksan etdi, 65 məscidi məqsədli şəkildə dağıtdı. Hərbi cinayətkarlar tərəfindən 30 ilə yaxın müddətdə idarə olunan Ermənistanın siyasəti bu idi.

Metbuat.az xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev BMT Baş Assambleyasının 80-ci sessiyasındakı çıxışı zamanı səsləndirib.

"Biz isə yerlə-yeksan edilmiş kənd və şəhərləri yenidən qururuq. "Böyük Qayıdış" Proqramı çərçivəsində artıq 50 mindən çox insan azad edilmiş torpaqlarda yaşayır, işləyir və təhsil alır", - deyə dövlətimizin başçısı bildirib.

N
Sosial media redaktoru

Sosial media və rəqəmsal trendlər haqqında yazıram. Platformaların alqoritmləri necə dəyişir və bu bizə necə təsir edir - mənim əsas mövzularım.

Bütün məqalələrə baxın
Paylaş: