
Azərbaycan güləşçiləri Bolqarıstanda iki medal qazandı

Azərbaycan güləşçiləri Bolqarıstanın Varna şəhərindəki "Dan Kolov - Nikola Petrov" turnirində iki medal qazanıb.
Metbuat.az xəbər verir ki, Sadiq Mustafazadə (92 kq) dairəvi sistem üzrə baş tutan mübarizədə ilk turda israilli Uri Kalaşnikova qalib gəlib - 7:4.
Həmyerlimiz ikinci turda bolqarıstanlı Radomir Stoyanova heç bir şans tanımayıb - 18:6. Mustafazadə üçüncü turda amerikalı Erik Şultsla gərgin keçən görüşdə minimalhesablı qələbə qazanıb - 8:7. Sonuncu turda gürcüstanlı Sandro Kuraşviliyə 2:5 hesabıyla uduzan Sadiq ənənəvi yarışda gümüş medal əldə edib.
Ceyhun Allahverdiyev (61 kq) təsnifat mərhələsində bolqarıstanlı Dimitar Biserkova (10:0), 1/4 finalda isə Nahşon Qarretə (15:5) tam üstünlüklə qalib gəlib. Yarımfinalda digər ABŞ təmsilçisi Devan Törnerə 2:4 hesabıyla məğlub olan Ceyhun bolqarıstanlı Denis Naimi vaxtından əvvəl (10:0) üstələyərək turniri bürünc medalla başa vurub.
Gənclik mədəniyyəti və trendiər haqqında yazıram. Y və Z nəsli nə düşünür, nə istəyir - bunları araşdırıram.
Bütün məqalələrə baxınOxşar xəbərlər

Azərbaycan Güləşçiləri Dünya Çempionatında 8 Medal...
Bugun.az

Azərbaycan güləşçiləri beynəlxalq yarışın ilk günü...
Bugun.az
Azərbaycan güləşçiləri Rusiyada keçirilən turnirlə...
Azəri Xəbər

Azərbaycan Atleti Avropa Birinciliyində Qızıl və G...
Bugun.az

Azərbaycan güləşçisi İslamiadada qızıl medal qazan...
Azəri Xəbər

Azərbaycanın yunan-Roma güləşçiləri Vətənə qayıdıb...
Azəri Xəbər


