Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

Bakıda əməliyyat keçirildi - Saxlanılanlar var

04.06.2025 20:25 65 baxış sayı 1 dəq. oxuma Metbuat
Bakıda əməliyyat keçirildi - Saxlanılanlar var

Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində ölkə daxilində narkotiklərin yayılmasının qarşısı alınıb.

Metbuat.az xəbər verir ki, bu barədə nazirliyin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Qaradağ və Nərimanov rayonlarında aparılan əməliyyat zamanı əvvəllər məhkum olunmuş 32 yaşlı Orxan Kazımov və 31 yaşlı Sadıq Musayev saxlanılıblar.

Onlardan 10 kiloqrama yaxın tiryək, marixuana və metamfetamin aşkarlanaraq götürülüb.

Araşdırmalar zamanı müəyyən edilib ki, saxlanılanlar narkotik vasitələri sosial şəbəkələr üzərindən əlaqə saxladıqları İran vətəndaşlarının göstərişi ilə Astara və Lənkərandan paytaxta gətiriblər.

Fakt üzrə cinayət işi başlanılıb, hər iki şəxs barəsində məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilib.

T
Baş texnologiya şərhçisi

Texnologiya jurnalistikası ilə məşğulam. Əvvəllər İT şirkətində işləyirdim, amma yazmaq daha çox xoşuma gəldi. İndi hər iki dünyamı birləşdirə bilirəm...

Bütün məqalələrə baxın
Paylaş: