Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

Bakıda məşhur restoranın yerində park salınır

17.03.2025 12:25 98 baxış sayı 1 dəq. oxuma Metbuat
Bakıda məşhur restoranın yerində park salınır

Bakı şəhərində yeni park salınır.

Metbuat.az Report-a istinadən xəbər verir ki, park Nərimanov rayonu, Əhməd Bəy Ağaoğlu, Təbriz və Tələt Şıxəliyev küçələrinin əhatəsində keçmiş “Şuşa” restoranı və keçmiş “Şəhriyar” parkının olduğu ərazidə salınır.

Artıq bununla bağlı Bakı şəhər İcra Hakimiyyəti başçısının tabeliyində “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) müvafiq işlərə başlayıb.

Belə ki, hazırda yeni parkın layihə-smeta sənədlərinin hazırlanması ilə bağlı işlər start götürüb.

Qeyd edək ki, ümumilikdə yeni parkın salınmasının iyul ayının sonlarında başa çatacağı nəzərdə tutulur.

A
Kibertəhlükəsizlik analitiki

Kibertəhlükəsizlik mövzusunda yazıram. Bəzən mürəkkəb texniki məsələləri sadə dillə izah etmək çətin olur, amma bu da peşənin bir hissəsi.

Bütün məqalələrə baxın
Paylaş: