Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

Bakıda yeni park salınır

08.04.2025 14:25 81 baxış sayı 1 dəq. oxuma Metbuat
Bakıda yeni park salınır

Bakıda yeni park salınacaq.

Metbuat.az xəbər verir ki, yeni salınacaq park Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsindən "The Ritz-Carlton Baku" hotelinə qədər olan 12 ha ərazini əhatə edəcək.

Belə ki, artıq bununla bağlı Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində təsərrüfat hesablı "Bakı Şəhər Əsaslı Tikinti və Təmir" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) müvafiq işlərə start verilib.

Qurum hazırda yeni istirahət parkının salınmasının layihə-smeta sənədlərini hazırlayacaq şirkət axtarışındadır.

Eyni zamanda, MMC sözügedən işləri icra edəcək şirkətə 2,4 milyon manat ödəməyə hazır olduğunu da bildirir.

A
Gənclik və trendiər müxbiri

Gənclik mədəniyyəti və trendiər haqqında yazıram. Y və Z nəsli nə düşünür, nə istəyir - bunları araşdırıram.

Bütün məqalələrə baxın
Paylaş: