Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

Bakıda ödənişli hərəkət zonaları salınır

19.09.2025 15:25 14 baxış sayı 2 dəq. oxuma Metbuat
Bakıda ödənişli hərəkət zonaları salınır

Nazirlər Kabineti Bakı şəhərinin inzibati ərazisində ödənişli hərəkət zonaları və nəqliyyat vasitələrinin həmin zonalara daxil olmasına görə haqqın məbləği ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb ölkə Prezidentinə təqdim etməlidir.

Metbuat.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşınması sahəsinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında fərmanda öz əksini tapıb.

Fərmana əsasən, Azərbaycan hökuməti bir ay müddətində aşağıdakı normativ hüquqi aktları təsdiq edib dövlət başçısına məlumat verməlidir:

- inzibati ərazilərdə avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşınmalarını həyata keçirən daşıyıcılarla bağlanılan avtomobil nəqliyyatı xidməti haqqında müqavilənin şərtləri,

- daşıyıcılara ödəniləcək subsidiyanın hesablanması və ödənilməsi qaydası.

Bundan başqa, Nazirlər Kabineti fərmandan irəli gələn digər məsələləri həll etməlidir.

R
Oyun və VR/AR müxbiri

Oyun sənayesi və virtual reallıq texnologiyaları haqqında yazıram. Gaming mədəniyyətinin Azərbaycanda inkişafını izləmək maraq doğurur.

Bütün məqalələrə baxın
Paylaş: