Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

Bakıda silsilə oğurluqlar edən şəxs saxlanıldı

15.09.2025 10:25 30 baxış sayı 1 dəq. oxuma Metbuat
Bakıda silsilə oğurluqlar edən şəxs saxlanıldı

Paytaxtın Yasamal rayonunda silsilə oğurluqlar qeydə alınıb.

Metbuat.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, naməlum şəxs ayr-ayrı vaxtlarda 3 mağazdan ümumilikdə 2076 manat nağd pul və 2760 manat dəyərində tütün məmulatlarını talayıb. Bu barədə zərərçəkənlər polis orqanına müraciət ediblər.

Yasamal RPİ-nin 27-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlə qeyd olunan əməlləri törətməkdə şübhəli bilinən, əvvəllər də oğurluq və narkotiklə əlaqəli cinayətlərə görə məhkum edilmiş 32 yaşlı S.Zeynalov saxlanılıb.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

G
E-ticarət redaktoru

Elektron ticarət və rəqəmsal marketinq mövzularında ixtisaslaşmışam. 5 ildir ki, onlayn biznes trendlərini izləyir və bu barədə yazıram.

Bütün məqalələrə baxın
Paylaş: