Göygöldə silsilə oğurluqlar edən saxlanıldı

26.09.2020 16:47 700 baxış sayı 1 dəq. oxuma
Göygöldə silsilə oğurluqlar edən saxlanıldı

​Göygöl rayonunda oğurluqla məşğul olan şəxs tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, Göygöl rayonu ərazisində iki evdən, bir mağazadan, bir kafedən və bir çay evindən pul, tütün məmulatı, danışıq kartları, məişət əşyaları və ərzaq məhsulları oğurlamaqda, həmçinin marketlərin birindən oğurluğa cəhd göstərməkdə şübhəli bilinən rayon sakini E.İsazadə Göygöl Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

O
Regional siyasət müxbiri

Yerli özünüidarə və regional siyasət haqqında yazıram. Bakıdan kənarda da nələr olduğunu bilmək vacibdir.

Bütün məqalələrə baxın
Paylaş: