
Bakıda yeni nəqliyyat istifadəyə verilə bilər - VİDEO

Bakıda yeni yerüstü relsli nəqliyyat ola bilər, bununla bağlı yaxın illərdə konkret qərar veriləcək.
Metbuat.az xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, hazırda Bakıda əsas məsələ yerüstü ictimai nəqliyyatla bağlıdır. Avtobusların növü dəyişdirilir, elektrik avtobusları gətirilir.
Nəqliyyat eksperti Ərşad Hüseynov bildirir ki, əhalinin mobilliyinin təmin olunmasında ictimai nəqliyyatın payı heç olmaya, yarıya yaxınlaşmalıdır. O zaman tıxacların sayı azalacaq. İnsanların yoldakı zaman itkisi azalacaq. Bunun üçün isə yerüstü relsli nəqliyyat vasitələrinin yenidən bərpası zəruridir.
Ərşad Hüseynov hesab edir ki, burada əsas məsələ dayanıqlı və davamlı maliyyənin təminatıdır.
Nəqliyyat eksperti Yasin Mustafayev isə deyib ki, çeşidli nəqliyyat vasitələrindən istifadə etmək tıxacın qarşısını alan amillərdəndir. Lakin bəzi amillər nəzərə alınmalıdır.
Ekspert onu da əlavə edib ki, şəhərə yeni gətirilən elektrikli avtobuslar da trolleybusu əvəz edir.
Daha ətraflı "Xəzər Xəbər"in videomaterialında:
Elektron ticarət və rəqəmsal marketinq mövzularında ixtisaslaşmışam. 5 ildir ki, onlayn biznes trendlərini izləyir və bu barədə yazıram.
Bütün məqalələrə baxınOxşar xəbərlər

Bakıda yeni parklanma yerləri salındı
Bugun.az

“WhatsApp” 11 yeni funksiyanı elan etdi
Bugun.az

Bakıda bu gün açılan yolla nə dəyişəcək?
Xəbər Anı
Almaniya Hərbi Dəniz Qüvvələri 2029-cu ilə qədər l...
Azəri Xəbər
Bu yolda xüsusi hərəkət zolağı yaradılıb
Azəri Xəbər

Dənizə getmək istəyənlərə
Son Xeberler


