🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
9 abunə
Son Xeberler
Son Xeberler
9 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
Texnologiya xəbərləri
Texnologiya xəbərləri
5 abunə
Bugun.az
Bugun.az
9 abunə

​“Barselona” ulduz futbolçunu heyətdən qovdu

15.07.2025 16:25 3 baxış sayı 2 dəq. oxuma
​“Barselona” ulduz futbolçunu heyətdən qovdu

“Barselona” ilə qapıçı Mark-Andre ter Ştegen arasında gərginlik səngimir.

Metbuat.az xəbər verir ki, alman qolkiper mövsümöncəsi hazırlıqlara fərdi məşqlə başlayıb. Onun zədəsiz olmasına baxmayaraq komanda ilə məşq etməməsi müzakirələrə səbəb olub. Alman qapıçı komandada qalmaq istədiyi, məşqçi Hansi Flikin isə yeni transfer Joan Qarciaya forma verəcəyi irəli sürülür. Məlumata görə, Klub rəhbərliyi Mark-Andre ter Ştegenin transfer olmasını istəyir. Qapıçı 2026-cı il Dünya Çempionatı üçün Almaniya millisində yerini təmin etmək üçün mütəmadi olaraq oynaya biləcəyi kluba transfer ola bilər. İddialara görə, Ter Ştegen Çempionlar Liqasında “İnter”lə oyundan əvvəl zədəsini sağaltdığını və oynamaq istədiyini ifadə edib. Məşqçilər heyəti Voyçak Şezninin oynamasına qərar veriblər. Buna görə də, futbolçu komanda ilə birgə İtaliyaya yollanmayıb. Klub futbolçunun bu hörmətsizliyinə görə, onu transferə çıxarıb.

Qeyd edək ki, “Monako” klubunun Mark-Andre ter Ştegenin xidmətində maraqlı olduğu irəli sürülür.

Paylaş: