Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

​Bu icra başçısı özünə müavin axtarır

28.10.2025 06:52 7 baxış sayı 2 dəq. oxuma Metbuat
​Bu icra başçısı özünə müavin axtarır

İmişli Rayon İcra Hakimiyyətində iki mühüm müavin vəzifəsi boş qalıb. Başçının müavini - Sоsial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri, həmçinin ictimai-siyasi və humanitar məsələlər üzrə müavin pоstları sahibini gözləyir. Bu postlardan birini əvvəllər sabiq jurnalist Ruslan Məmmədov (Eldaroğlu) tuturdu. O, bu il aprelin 1-də şəxsi ərizəsi ilə vəzifəsindən ayrılıb. Digər müavin vəzifəsi isə artıq iki ildən çoxdur ki, boş qalır.


İcra Hakimiyyətindən verilən məlumatlara görə, rayon başçısı Elçin Rzayev bir neçə təcrübəli kadra birlikdə işləməyi təklif edib. Görünən odur ki, kadrların heç biri Rzayevlə işləməyə razılıq verməyib. Mənbələr bu vəziyyətin səbəbini E. Rzayevin ağır xasiyyəti ilə əlaqələndirirlər. Beləliklə, rayon rəhbəri əsas köməkçilərini hələ də tapa bilmir.


Elçin Rzayev 21 may 2020-ci ildə İmişli rayon icra hakimiyyətinin başçısı təyin edilib. O, bu təyinata qədər Yasamal rayon icra hakimiyyəti başçısının birinci müavini vəzifəsində çalışmışdı. Hazırda Rzayev iki əsas köməkçi axtarışındadır, amma müxtəlif səbəblərdən vakansiyaları doldurmaq çətinlik yaradır.


S
Beynəlxalq münasibətlər analitiki

Xarici siyasət və regional təhlükəsizlik mövzularında yazıram. Dünya siyasətini izləmək və Azərbaycanla əlaqələndirmək maraqlıdır.

Bütün məqalələrə baxın
Paylaş: