
Bu mənzillər vətəndaşlara təqdim edilir

İpoteka və Kredit Zəmanət Fondu (Fond) satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində Sumqayıt şəhəri, Sülh prospekti, Üst trikotaj fabrikinin cənubu, 3-cü məhəllədə yerləşən yaşayış kompleksində 206 yeni, tam təmirli mənzilləri vətəndaşlara təqdim edir.
Metbuat.az xəbər verir ki, yaşayış sahəsi Sumqayıt şəhəri, Sülh prospekti, Üst trikotaj fabrikinin cənubu, 3-cü məhəllədə inşa olunan yaşayış kompleksində 1, 2 və 3 otaqlı olmaqla, aylıq ödənişləri 347,16 manatdan başlayır.
Yeni mənzillər seçim üçün 22.07.2025-ci il tarixində saat 15:00-dan etibarən açıq olacaq. Vətəndaşlar təqdim olunan yaşayış sahələrinin siyahısı ilə bu keçid vasitəsilə tanış ola bilərlər.
Müraciətlərin qəbulu və mənzil seçimi Elektron Hökumət Portalına (e-gov.az) inteqrasiya edilmiş Elektron İpoteka və Kredit Zəmanət sistemi üzərindən həyata keçirilir.
Yaşayış sahələrinin satmaq öhdəliyi ilə kirayəyə verilməsi qaydası, müraciətlərin qəbulu, yaşayış sahələrinin seçilməsi və rəsmiləşdirilməsi barədə ətraflı məlumatı Fondun internet səhifəsi (www.mcgf.gov.az) və rəsmi Youtube kanalından (https://www.youtube.com/@ipotekavekreditzemanetfondu), həmçinin “1549” Çağrı Mərkəzindən əldə etmək mümkündür.
Qeyd edək ki, indiyə qədər satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində 7285 kirayə müqaviləsi bağlanılıb.
Oxşar xəbərlər

MİDA Yeni Yaşayış Komplekslərində Mənzillərin Satı...
Son Xeberler

SON DƏQİQƏ: kasıblara pulsuz MƏNZİLLƏR VERİLƏCƏK -...
Son Xeberler

Bakının ayrı-ayrı küçələri üzrə mənzillərin QİYMƏT...
Bugun.az

Bakıda 7 milyon manata mənzil satılır
Bugun.az

Bakının bu ərazilərində mənzillər bahalaşacaq
Bugun.az

DİN vətəndaşlara müraciət etdi
Son Xeberler