
Bu şəxslərə əlavə məzuniyyət verilir

Əmək münasibətlərində insanın şəxsi həyatında baş verən hadisələr, xüsusilə də qohum itkisi kimi ağır situasiyalar nəzərə alınır. Qanunvericilik bəzi hallarda işçiyə itki ilə bağlı əlavə məzuniyyət hüququ verir. Lakin bu güzəşt hər qohumun vəfatı zamanı tətbiq edilmir. Əlavə məzuniyyət yalnız qanunla müəyyən edilmiş yaxın qohumlar dairəsinə aid şəxslərin vəfatı halında nəzərdə tutulur.
Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqasının sədri Sahib Məmmədov Metbuat.az-a açıqlamasında bildirib ki, Əmək Məcəlləsində yaxın qohumların dairəsi müəyyənləşdirilib:
“Bu dairəyə əsasən, ər, arvad, uşaqlar, ata, ana, baba və nənə daxildir. Lakin bu siyahı bir qədər geniş də ola bilər. Belə ki, işçi uzaq qohumu ilə bağlı məsələlərdə də işəgötürənlə razılaşaraq ödənişsiz məzuniyyət götürə bilər. Amma praktika göstərir ki, bəzi hallarda, hətta lap yaxın qohum vəfat etdikdə belə, işəgötürənlər məzuniyyət verməyə bilər. Sadəcə günləri qeydə alaraq, işçiyə müəyyən mənada həmrəylik göstərirlər. Əsasən bu cür hallar işçinin öz hesabına, yəni ödənişsiz məzuniyyət formasında həyata keçirilir”.
Sevinc İbrahimzadə / Metbuat.az
Kibertəhlükəsizlik mövzusunda yazıram. Bəzən mürəkkəb texniki məsələləri sadə dillə izah etmək çətin olur, amma bu da peşənin bir hissəsi.
Bütün məqalələrə baxınOxşar xəbərlər

Bu qadınlara əlavə məzuniyyət günləri veriləcək
Bugun.az

Bu şəxslərə məzuniyyət verilmir
Bugun.az
Hamiləliyə və doğuşa görə ödənişli məzuniyyətin mü...
Azəri Xəbər
Məzuniyyət hüququ 46 gün olan xüsusi xidmət işçilə...
Azəri Xəbər

Uşağın doğulması ilə əlaqədar kişilərə 14 gün ödən...
Azəri Xəbər

Bayram günlərinin məzuniyyət dövrünə düşməsi ilə b...
Azəri Xəbər


