
Bu tarixdə havanın temperaturu kəskin artacaq

Mayın 22-də gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Metbuat.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi səhər şimal-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 15-17° isti, gündüz 22-27° isti olacaq.
Atmosfer təzyiqi 765 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 50-60% olacaq.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 14-18° isti, gündüz 24-29° isti, dağlarda gecə 5-10° isti, gündüz 13-18° isti olacaq.
Oxşar xəbərlər

Havanın temperaturu 30 dərəcəyədək yüksələcək -Bu...
Bugun.az

Martın 26-da havanın temperaturu kəskin dəyişəcək
Bugun.az

Bakıda hava kəskin soyuyacaq
Son Xeberler

Martın 12-də havanın temperaturu kəskin dəyişəcək
Bugun.az

Bayram günlərində hava necə olacaq?
Xəbər Anı

Sabah havanın necə olacağı
Bugun.az