Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

"Crossmedia.az" saytının 1 yaşı tamam olur

01.11.2025 08:12 7 baxış sayı 2 dəq. oxuma Metbuat
"Crossmedia.az" saytının 1 yaşı tamam olur

Crossmedia.az Analitik İnformasiya Portalı fəaliyyətə başlamasından bir il keçir. 1 noyabr 2024-cü il tarixində təsis olunan portal, qısa müddət ərzində media məkanında özünə yer tapa bilib. Portal özünəməxsus analitik üslubu, obyektiv informasiya təqdimatı və müasir media prinsiplərinə sadiqliyi ilə fərqlənir. Bu xüsusiyyətlər Crossmedia.az-ın tez zamanda oxucu auditoriyası qazanmasına kömək edib. Portal dövlət və dövlətçiliklə bağlı məsələlərin işıqlandırılmasını əsas fəaliyyət istiqaməti kimi müəyyənləşdirib.


Portalın fəaliyyətinin mərkəzində Prezident İlham Əliyevin fəaliyyətinin işıqlandırılması dayanır. Bu, ölkə başçısının səfər, görüş və çıxışlarını, həmçinin verdiyi fərman və sərəncamları əhatə edir. Saytda xüsusi olaraq "Prezident gündəliyi" bölməsi mövcuddur. Bu bölmə vasitəsilə Prezident İlham Əliyevin çıxışlarındakı əsas məqamların, tezis xarakterli fikirlərin geniş təhlili və araşdırması təqdim olunur. Portanın əsas istiqamətlərindən biri ölkə başçısının açıqlamalarını cəmiyyətə düzgün və obyektiv şəkildə çatdırmaqdır.


Crossmedia.az eyni zamanda, qalib xalqın müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında Vətən müharibəsindəki qalibiyyətdən sonra regionda və dünyada yaranan reallıqların düzgün şəkildə təqdimatını prioritet sayır. Həmkarlarımız portalın 1 yaşı münasibətilə təbrik edilir, onlara geniş fəaliyyətlərində uğurlar arzu olunur.


T
Baş texnologiya şərhçisi

Texnologiya jurnalistikası ilə məşğulam. Əvvəllər İT şirkətində işləyirdim, amma yazmaq daha çox xoşuma gəldi. İndi hər iki dünyamı birləşdirə bilirəm...

Bütün məqalələrə baxın
Paylaş: