🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
8 abunə
Son Xeberler
Son Xeberler
7 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

Yerin ən yaşlı adamının 118 yaşı tamam oldu

02.01.2021 07:12 379 baxış sayı 2 dəq. oxuma
Yerin ən yaşlı adamının 118 yaşı tamam oldu

Dünyanın Yaponiyada yaşayan ən yaşlı sakini Kane Tanakanın yanvarın 2-də 118 yaşı tamam olub.

Məlumatı yerli NHK telekanalı yayıb.

Bildirilib ki, Kane xanım Tanaka 1903-cü il yanvarın 2-də anadan olub. 2018-ci ildə ona Yerin ən yaşlı sakini fəxri adı verilib.

Məlumata görə, onun 2021-ci ilin mayında Tokioda keçiriləcək Olimpiya oyunlarının məşəlinin estafetinə qatılması planlaşdırılıb. Mayın 11-də isə arabada 200 metrlik məsafəyə qaçışda iştirak edəcək.

Tanakanın 2020-ci ildə pandemiyaya görə təxirə salınan estafetdə də iştirakı planlaşdırılmışdı.

Qeyd edək ki, koronavirusa görə 2020-ci ildə təxirə salınan Yay Olimpiya Oyunları 2021-ci il iyulun 23- avqustun 8-də Tokioda keçiriləcək.

Paylaş: