11 yaşında nişanlanan azərbaycanlı qızdan YENİ XƏBƏR

01.03.2021 12:19 579 baxış sayı 1 dəq. oxuma
11 yaşında nişanlanan azərbaycanlı qızdan YENİ XƏBƏR

Gürcüstanın Daxili İşlər Nazirliyi (DİN) Tbilisinin Poniçala (Soğanlıq) kəndində nişanlanan 11 yaşlı azərbaycanlı qızın valideynlərinə xəbərdarlıq edib.

Qızın yaxınları bildirib ki, hər iki tərəfin valideynləri polis idarəsinə çağırılıb.

Onların izahatları alınıb və sərbəst buraxılıblar. Valideynlərə qızın 18 yaşı tamam olana qədər nikaha girməsinin qanunla qadağan olunduğu bildirilib.

Əks halda bu nikaha görə məsuliyyət daşıyan şəxslərin qanun qarşısında cavab verməli olacağı qeyd edilib.

A
Gənclik və trendiər müxbiri

Gənclik mədəniyyəti və trendiər haqqında yazıram. Y və Z nəsli nə düşünür, nə istəyir - bunları araşdırıram.

Bütün məqalələrə baxın
Paylaş: