
Nişanlanan azyaşlı qızın qohumu danışdı: Bizi qınamayın

Xəbər verdiyimiz kimi, Gürcüstanın azərbaycanlılar yaşayan Poniçala (Soğanlıq) adlanan ərazisində azyaşlı qıza nişan mərasimi keçirilib.
Metbuat.az xəbər verir ki, məsələ ilə bağlı azyaşlı qızın yaxın qohumu Unikal.org-a açıqlama verib.
O, qeyd edib ki, sosial şəbəkələrdə qızın yaşı ilə bağlı yazılan məlumat həqiqəti əks etdirmir:
"Qızın 11 yox, 14 yaşı var. Qız 9-cu sinifdə oxuyur. Belə tez nişanlanmaq bizdə adətdir. Qızları azyaşlı vaxtında nişanlayırlar ki, başqasına verməsinlər.
Nişanlanan oğlan qızın qohumudur və onun 19 yaşı var. Onlar 3 il nişanlı qalacaqlar. Sonra gənclərin toy mərasiminin keçirilməsi nəzərdə tutulur. Sosial şəbəkə istifadəçilərindən xahiş edirəm ki, bizi qınamasınlar".
Yerli özünüidarə və regional siyasət haqqında yazıram. Bakıdan kənarda da nələr olduğunu bilmək vacibdir.
Bütün məqalələrə baxınOxşar xəbərlər

11 yaşlı azərbaycanlı qızı nişanladılar -
Son Xeberler

11 yaşında nişanlanan azərbaycanlı qızdan YENİ XƏB...
Son Xeberler

11 yaşında nişanlanan qızın ailəsindən AÇIQLAMA:
Son Xeberler

Efirdə nişanlanan Şəhriyar VƏFAT ETDİ- VIDEO
Son Xeberler
ABŞ-də baş verən yol qəzasında 11 nəfər xəsarət al...
Azəri Xəbər

Azyaşlını nişanlamağa çalışdılar, atası danışdı -V...
Bugun.az


