
D-8 Media Forumunun açılış mərasimi keçirildi

21 noyabr tarixində "Dialoqun, əməkdaşlığın və regional həmrəyliyin təşviq edilməsi" mövzusunda D-8 Media Forumunun açılış mərasimi keçirildi. Bu forum regional və beynəlxalq müstəvidə informasiya mübadiləsinin inkişaf etdirilməsi, media sahəsində əməkdaşlığın gücləndirilməsi və dezinformasiyaya qarşı mübarizə üçün birgə mexanizmlərin yaradılması məqsədini daşıyır. Tədbir həmçinin rəqəmsal media istiqamətində ortaq layihələrin təşviqi və təcrübələrin paylaşılmasına şərait yaradır.
Açılış mərasimində Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev əvvəlcə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Forum iştirakçılarına müraciətini səsləndirdi. Ardınca çıxış edən D-8 Təşkilatının Baş katibi İsiaka Abdulqadir İmam üzv ölkələr arasında vahid, etibarlı və konstruktiv informasiya mühitinin formalaşması üçün medianın rolunun həlledici olduğunu diqqətə çatdırdı. O, dezinformasiya ilə mübarizədə koordinasiyalı fəaliyyətin zəruriliyini vurğuladı. Baş katib əlavə etdi ki, D-8 məkanında ortaq informasiya gündəminin formalaşdırılması və üzv ölkələrin inkişaf prioritetlərini dəstəkləyən media narrativlərinin təşviqi gələcək əməkdaşlıq üçün strateji əhəmiyyət daşıyır.
Forumun əsas məruzəçisi, Pakistanın federal informasiya və yayım naziri Attaullah Tarar çıxışında bu tədbirin D-8 ölkələri arasında media əməkdaşlığının genişlənməsi baxımından xüsusi əhəmiyyət kəsb etdiyini dedi. O, təcrübələrin paylaşılması və qlobal informasiya axınında mövcud çağırışlara münasibətdə birgə yanaşmaların müəyyən olunması üçün forumun önəmini qeyd etdi. Nazir Forumun nəticələrinin regionda daha koordinasiyalı və etibarlı media mühitinin formalaşmasına ciddi töhfə verəcəyini bildirdi. Banqladeş, Misir, İndoneziya, İran, Malayziya, Nigeriya və Türkiyədən olan nümayəndələr də media mühitində qarşılaşılan qlobal çağırışların üzv dövlətlər arasında daha sıx birlik və koordinasiya tələb etdiyini ifadə etdilər.
Məruzəçilər qeyd etdilər ki, informasiya axınının çoxvektorluğu, eləcə də rəqəmsal platformalarda yanlış və manipulyativ məzmunun sürətlə yayılması kimi tendensiyalar ortaq səylərin vacibliyini artırır. Bu ölkələrin nümayəndələri üzv ölkələrin media qurumları və müvafiq dövlət strukturları arasında institusional əməkdaşlığın gücləndirilməsinə, birgə layihələrin təşkilinə çağırış etdilər. Onlar, həmçinin süni intellektin formalaşdırdığı yeni reallıqlar fonunda medianın funksiyasının həm mahiyyət, həm də format baxımından yenidən müəyyənləşdirilməsinin vacibliyini vurğuladılar. D-8 çərçivəsində keçirilən ilk media forumunun dəyəri yüksək qiymətləndirildi.
Tədbirdə Azərbaycanın Media Mükəmməllik Mərkəzinə dair təklifi təqdim edildi. Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) Beynəlxalq əlaqələr və sənədlərlə iş departamentinin direktoru Rasim Bağırov D-8 Media Mükəmməllik Mərkəzinə dair təqdimat etdi. Təqdimatda D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının tamhüquqlu üzvü kimi Azərbaycanın həyata keçirdiyi tədbirlər və irəli sürdüyü təşəbbüslər barədə məlumat verildi. Bağırov, xüsusilə D-8 Media Mükəmməllik Mərkəzinin yaradılması istiqamətində görülən işləri, onun struktur və funksional istiqamətlərini izah etdi. Bu mərkəz üzv dövlətlər arasında media sahəsində bilik və təcrübə mübadiləsini təşviq edəcək platformaların formalaşdırılması üçün nəzərdə tutulan addımların bir hissəsidir.
Siyasi prosesləri analiz etmək mənim işimdir. Beynəlxalq münasibətlər fakültəsini bitirdikdən sonra jurnalistikaya keçdim. Regionda baş verənləri izlə...
Bütün məqalələrə baxınOxşar xəbərlər

Bakıda “Euronews”un yerli ofisi fəaliyyətə başlayı...
Azəri Xəbər

III MDB Oyunlarının açılış mərasimi keçirilir -CAN...
Bugun.az

Laçın Beynəlxalq Hava Limanının açılış mərasimi ke...
Bugun.az

Bakıda təşkil olunan Avropa Kubokunun açılış məras...
Bugun.az
Azərbaycan idmançıları I İslam Həmrəyliyi Oyunları...
Azəri Xəbər

Bakıda jurnalist Emin İbrahimovla vida mərasimi ke...
Azəri Xəbər


