
Daha 15 dayanacaq pavilyonu quraşdırılacaq

2025-ci ilin əvvəlindən bu günə kimi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) daha 15 dayanacaq pavilyonunun quraşdırılması üçün müraciət təsdiq edib.
Metbuat.az xəbər verir ki, bu barədə AYNA məlumat yayıb.
Bildirilir ki, dayanacaqların Bakı şəhəri, Babək prospekti (328 №li məktəb), Əjdər Məlikov küçəsi (iki ünvanda), 8 Noyabr prospekti (Nizami parkı), Elşən Süleymanov küçəsi 155-də, Abbas Mirzə Şərifzadə küçəsi (“Azərbaycan Nəşriyyatı”), Bəşir Bünyadov küçəsi (iki ünvanda), Süleyman Vəzirov küçəsi (Bakı Avropa Liseyi), Azadlıq prospekti (“28 Mall”), Səttar Bəhlulzadə, Afiyəddin Cəlilov və Əbdürrəhim bəy Haqverdiyev küçələrində, Lökbatan-Puta və Qala-Şüvəlan yollarında quraşdırılması nəzərdə tutulub.
Bu müddət ərzində Bakı və Sumqayıt şəhərləri üzrə marşrut xətləri ilə bağlı təhlillər aparılıb və 329 avtobus dayanacağının quraşdırılması planlaşdırılıb.
Bakının “rəqəmsal əkiz”inin yenilənməsi üçün 75 müntəzəm marşrut üzrə dayanacaq və xətt məlumatları hazırlanıb. İlin əvvəlindən 3083 yol nişanına eyniləşdirmə nömrəsi verilib.
Oxşar xəbərlər

Bu rayonda pulsuz vayfay və mini bar olan dayanaca...
Son Xeberler

İstanbulda "Park Et, Şarj Et" Dövrü Başlayır!
Texnologiya xəbərləri

Bu avtobusların hərəkət sxemi dəyişir
Bugun.az

Bakıda 6 Gün Yol Bağlanışı: Marşrut Dəyişiklikləri
Bugun.az

Bakıda daha bir “BakuBus” yandı
Son Xeberler

Leyla Əliyeva COP29-da “Azərsun Holdinq” pavilyonu...
Bugun.az