🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
9 abunə
Son Xeberler
Son Xeberler
9 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
Texnologiya xəbərləri
Texnologiya xəbərləri
5 abunə
Bugun.az
Bugun.az
9 abunə

“DeFacto” Azərbaycandakı mağazalarını bağlayır?

10.09.2025 12:25 1 baxış sayı 2 dəq. oxuma
“DeFacto” Azərbaycandakı mağazalarını bağlayır?

Azərbaycanda fəaliyyət göstərən Türkiyənin “DeFacto” markasına məxsus mağazaların bağlandığı iddia edilir.

Metbuat.az “Qaynarinfo”ya istinadən xəbər verir ki, artıq şəbəkənin bir neçə filialı boşaldılır. Məhsullar outlet mağazada bu gündən satışa çıxarılıb.

İddia olunur ki, hələ bir müddət öncə şirkətin əməkdaşlarına ixtisar olunacaqları ilə bağlı məlumat da verilib. İddialara görə, mağaza artıq Azərbaycanda onlayn çatdırılma ilə işləmək istəyir.

Məlumat üçün bildirək ki, internet resurslarında “DeFacto”nun Azərbaycandakı rəsmi distribyutoru kimi “BrandMart” QSC göstərilib. “DeFacto”nun Azərbaycanda 4 mağazası fəaliyyət göstərir.

Sayt iddiaları dəqiqləşdirmək üçün şəbəkənin Bakı, Sumqayıt və Gəncədə fəaliyyət göstərən bir neçə filialı ilə əlaqə saxlamağa çalışsa da, internetdə qeyd edilən nömrələr işləməyib.

“DeFacto”nun Türkiyədə yerləşən Baş Ofisindən isə sorğunu cavablandırmaqdan imtina ediblər.

Paylaş: