
Dövlət başçısı Qərbi Azərbaycan məsələsindən danışdı

Yaxşı olardı ki, Ermənistanın baş naziri Qərbi Azərbaycan İcmasının nümayəndələrini qəbul etsin. Bildiyimə görə, onlar İrəvana da getməyə hazırdırlar.
Metbuat.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev yanvarın 7-də yerli televiziya kanallarına müsahibəsində deyib.
Qərbi azərbaycanlıların oradan əsassız qovulduqlarını vurğulayan dövlətimizin başçısı əlavə edib ki, onların qayıtmaları üçün tam hüquqları vardır.
“Ermənistan özünü bu gün Avropa demokratiyası yolu ilə gedən ölkə kimi təqdim edir. Qoy onu əyani şəkildə göstərsin”, - deyən Prezident, həmçinin vurğulayıb: “Bu məsələ gündəlikdən çıxmayacaq, o vaxta qədər ki, azərbaycanlılar təhlükəsizlik şəraitində Qərbi Azərbaycana, o cümlədən Qərbi Zəngəzura yerləşəcəklər”.
Cəmiyyət həyatı və sosial məsələlər haqqında yazıram. İnsanların hekayələrini dinləmək və danışmaq mənim işimdir.
Bütün məqalələrə baxınOxşar xəbərlər
İcmada İlham Əliyevin Qərbi Azərbaycan məsələsi il...
Azəri Xəbər
Qərbi Azərbaycana qayıdış mövzusunda ictimai dinlə...
Azəri Xəbər

ABŞ nüvə silahı arsenalında birincidir, lakin məqs...
Azəri Xəbər

Prezident Bayraq Meydanında bayrağımızı ucaltdı
Xəbər Anı

“Qərbi Azərbaycana qayıdış” mövzusunda ictimai müz...
Azəri Xəbər

Azərbaycan və Ermənistan arasında sülh dövrü başla...
Bugun.az


