
DYP Naxçıvan əhalisinə xəbərdarlıq etdi

Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi İdarəsi dumanlı hava şəraiti ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib.
Metbuat.az xəbər verir ki, müraciətdə deyilir:
“Hal-hazırda muxtar respublika ərazisində müşahidə olunan dumanlı hava şəraiti ilə əlaqədar avtomobil yollarının bəzi hissələrində təhlükəsiz görünüş məsafəsi minimuma enib. Bu da yol nişanlarının, nişanlanma xətlərinin və digər nizamlama vasitələrinin vaxtında və aydın görünməsinə ciddi maneə yaratdığı üçün sürücülərə belə hava şəraitində daha diqqətli olmaq, minimum sürət həddi seçmək, xarici işıq cihazlarının sazlığına əmin olmaq, dayanma, durma, parklanma, həmçinin ötmə və manevr zamanı təhlükəsizlik qaydalarına ciddi əməl etmələri tövsiyə olunur.
Piyadalar da dumanlı hava şəraitində sürücülərin yolu görməkdə çətinlik çəkdiklərini nəzərə almalı, səkilərlə, piyada keçidləri ilə hərəkət etməli, məsuliyyət hissini unutmamalıdırlar”.
Texnologiya sahəsində 8 ildir yazıram. Bakıda keçirilən ilk startap müsabiqələrinin birində iştirak edib, o vaxtdan bu mövzuya marağım daha da artıb....
Bütün məqalələrə baxınOxşar xəbərlər

Naxçıvan Seçki Komissiyasının Sədri Əkrəm Hüseynza...
Bugun.az

"Naxçıvan" Komandası Yeni Basketbolçu Əlavə Etdi
Son Xeberler

"Naxçıvan"ın baş məşqçisi: "Sərhədçi" ilə oyunda x...
Azəri Xəbər

Azərbaycanda nazir vəzifəsindən azad edildi
SON Xəbər

Cabbar Musayev icra başçısı təyin edildi - SƏRƏNCA...
Bugun.az

ANAMA və DİN əhaliyə xəbərdarlıq edib
Son Xeberler


